Gündəm 17.10.2025

Atəşkəs alt-üst oldu Trampın sülh planı iflas edir

Atəşkəs alt-üst oldu Trampın sülh planı iflas edir

İsrail və Həmas arasında elan edilmiş atəşkəs təhlükə altındadır. ABŞ Prezidenti Donald Trampın təntənəli şəkildə elan etdiyi Sülh Planı İsrailin aqressiv mövqeyi qarşısında tab gətirmir və regionda gərginliyi artırır.

Atəşkəs başlayandan bəri yüzə yaxın dəfə onu pozan İsrail ordusu, Həmasın girov cəsədlərini təhvil vermədiyini iddia edərkən, eyni zamanda girovların cəsədlərini axtaracaq Türkiyə axtarış-xilasetmə qruplarının əraziyə daxil olmasına mane olur.

Bu vaxt girovların təhvil verilmədiyini təkrar edərək, aclıqdan əziyyət çəkən Qəzza sakinləri üçün zəruri olan təcili humanitar yardımı əngəlləyir. Yardımların keçdiyi Rəfah sərhəd qapısı hələ də bağlıdır.

İsrail, Qəzza ilə Misir arasındakı Rəfah sərhəd qapısının yenidən açılması üçün hazırlıq gördüyünü elan etsə də, hər hansı bir tarix açıqlamadı.

Buna cavab olaraq ABŞ Prezidenti Donald Tramp Həması günahlandırır. O bildirdi ki, "əgər Həmas sakit dursam, yaxşı olar. Yoxsa vəziyyəti biz həll edəcəyik" və əlavə etdi ki, "ABŞ əsgərləri Qəzzaya girməyəcək, daha yaxında olan bir ölkə var", bununla da İsrailin gələcək hücumlarına işarə etdi.

İSRAİL ATƏŞKƏSİ POZUR

Tərəflər girovların cəsədlərinin qaytarılması məsələsində bir-birini günahlandırır. Həmas bildirdi ki, İsrailin hücumları nəticəsində dağılmış tunellər və dağıntılar altındakı cəsədlər səbəbindən bu proses uzun çəkir.

Fələstin təşkilatı, daha çox cəsədin təhvil verilə bilməsi üçün Qəzzaya ağır texnika və qazıntı avadanlıqlarının daxil olmasının zəruri olduğunu açıqladı.

Bunun müqabilində İsrail, Türkiyə nümayəndə heyətinin və ağır texnikanın Qəzzaya girişinə mane oldu. Həmas rəsmiləri, İsrailin atəşkəsi pozduğunu və son günlərdə 24 fələstinlinin öldürüldüyünü əlavə etdilər.

Cümə axşamı günü Xan Yunusda təşkil edilən hava hücumunda ən azı iki nəfər həlak oldu. Qəzza bölgəsində isə yeddi nəfər həyatını itirdi.

Bölgə sakinləri, cənubda pilotsuz uçuş aparatlarının və döyüş təyyarələrinin uçduğunu, zaman-zaman atəş səslərinin eşidildiyini xəbər verdilər.

İsrail ordusu isə bu iddialara birbaşa cavab verməsə də, atəşkəs xətlərinə yaxınlaşan şəxslərə qarşı “təhdid yaratdıqları üçün” atəş açıldığını müdafiə etdi.

"GƏLƏN YARIMLAR, OKEANDA BİR DAMLA QƏDƏRDİR"

Rəfah sərhəd qapısının yenidən açılması üçün İsrail, Misirlə koordinasiyada olduğunu bildirdi. Yardımların bu qapıdan deyil, Kərəm Şalom keçidindən keçəcəyi qeyd edildi.

Lakin Qəzzada qıtlıq şəraiti davam edir. Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Baş Katibinin müavini Tom Fleçer, fəlakəti yüngülləşdirmək üçün həftədə minlərlə humanitar yardım yük maşınının bölgəyə daxil olmasının zəruri olduğunu qeyd etdi.

Qəzzaya çatan humanitar yardımların kifayət qədər olmadığını bildirən Həmas rəsmiləri, “gələn miqdar okeanda bir damladır” ifadəsini işlətdilər.

Qəzza

Səhiyyə Nazirliyi, müharibədə 68 mindən çox insanın öldüyünü açıqladı. Qəzzanın böyük hissəsi hələ də dağıntılar altındadır; müharibənin başladığı 7 oktyabr 2023-cü ildən bəri həyat dayanma nöqtəsinə çatıb.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz