İdman 14.10.2025

Ataman və Buruk Avropada qarşılaşdı

Ataman və Buruk Avropada qarşılaşdı
Yunanıstanın "Panatinaikos" komandasının baş məşqçisi, Türkiyə milli komandasının da çalışdırıcısı olan Ergin Atamanın futbolda xərclənən vəsaitlərə diqqət çəkərək "Qalatasaray"ı Avropa arenasında uğursuzluqda qınaması, klubun baş məşqçisi Okan Burukun reaksiyasına səbəb olub.

Atamanın tənqidi: Futbolda illərdir uğur yoxdur

Yaxın dost olduqları bilinən "Qalatasaray"ın baş məşqçisi Okan Burukla, klubun keçmiş baş məşqçisi Ergin Ataman arasında mübahisə yaranıb. İki məşqçinin münasibətlərini korlayan hadisə, Ergin Atamanın müsahibəsində futbolda xərclənən böyük məbləğlər və Avropada əldə olunmayan uğurlar barədə səsləndirdiyi fikirlər olub.

Ataman, futbolda xərclənən yüksək məbləğlərə diqqət çəkərək bunları deyib: "Türkiyədə futbolun böyük bir iqtisadiyyatı var. Milyonlarla dollar xərclənir, amma Avropada uğur yoxdur. Məsələn, mənim də komandam olan "Qalatasaray" Osimhen üçün 80 milyon avro xərcləyir... Bütün bunlar Türkiyə çempionu olmaq üçünmü edilir? Mənim üçün əsas meyar Avropada uğurlu olmaqdır. Avropada iştirak etdiyin bir turnirdə yarı finala yüksəlməkdir. Mütləq çempion olmaq şərt deyil. Amma illərdir bu baş vermir".

Okan Burukdan cavab: Futbolu tənqid etmək çox asandır

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk bu sözləri özünə ünvanlanmış hesab edərək, klubun "YouTube" kanalında yayımlanan müsahibəsində Atamanın fikirlərinə cavab verib:

"Futbolda transfer dönəmi çox çətin keçir. Kaş ki, basketbol kimi istədiyiniz oyunçunu ala bilsəydiniz. Transfer haqqı, heç nə yoxdur. Avropada basketbolun dəyəri yoxdur. Futbol isə tamamilə fərqlidir. Mən çoxlu basketbol nümunələri gətirdim, amma basketbol o qədər də yaxşı bilinmədiyi üçün çox tənqid olunmur. Onu çox yaxşı başa düşmürsünüz. Futbol isə çox sadədir. Futbolu tənqid etmək qədər asan bir şey yoxdur".

24 saat

Oxucu Şərhləri

Rauf Vəliyev
14.10.2025 15:24
Bu mübahisə çox maraqlıdır, xüsusilə də basketboldan futbola keçid və iki fərqli idman növündə uğur qazanmağın fərqli tələbləri baxımından. Ergin Atamanın Avropa uğurları barədə dedikləri, məncə, çox sərt olsa da, haqlı bir tərəfi var. Bir çox klub yalnız yerli çempionluğa köklənir, lakin Avropada da təmsil olunmaq əsl gücü göstərir. Ancaq Okan Burukun dediyi də doğrudur; futbolun maliyyə və transfer bazarı basketboldan tamamilə fərqlidir. Mənə elə gəlir ki, hər iki tərəfin öz haqlı arqumentləri var. Bəs, sizcə, bu cür mübahisələr futbolumuzun inkişafına kömk edirmi, yoxsa sadəcə olaraq əks təsir yaradır?
Orxan Orxanli
14.10.2025 15:19
Ergin Atamanın futbolun maliyyə məsələləri və Avropa uğurları barədəki sərt fikirləri, doğurdan da, diqqət çəkir. Basketboldan gələn bir baş məşqçi olaraq futbolun iqtisadiyyatına dair etdiyi tənqidlər, futbolda qazanılan pulların hara xərcləndiyi sualını yenidən gündəmə gətirir. Lakin Okan Burukun cavabı da öz yerində haqlıdır. Futbolun basketboldan nə qədər fərqli bir oyun olduğunu, transfer proseslərinin nə qədər çətin və riskli olduğunu vurğulaması yersiz deyil. Bəlkə də, bu cür mübahisələr futbolda daha effektiv maliyyə idarəçiliyi və Avropa səviyyəsində daha böyük uğurlar əldə etmək üçün bir təkan ola bilər. Məsələnin bu tərəfinə də diqqət yetirmək lazımdır.

Şərh Yaz