Qalatasaray Barış Alper ilə yeni müqaviləyə imza atır
Qalatasaray klubu yay transfer dövründə Səudiyyə Ərəbistanının NEOM klubundan gələn fantastik təklifdən sonra yaranan böhranı Barış Alper Yılmazı satmamaqla həll etdi. Sarı-qırmızılıların futbolçuya yeni müqavilə təklif etdiyi bildirilir və müqavilənin detalları da açıqlanıb.
Barış Alper Qalatasaray-da ən çox qazanan yerli oyunçulardan olacaq
Milli futbolçunun maaşında edilən düzəlişdən sonra bütün bonuslarla birlikdə illik 6 milyon avro qazanacağı deyilir. Bu razılaşma ilə Barış Alper Yılmaz, Qalatasaray heyətində ən yüksək maaş alan yerli futbolçulardan biri olacaq.
Tərəfdarlar yeni maaşa görə iki cəbhəyə bölündü
Sosial mediada paylaşılan maaş məsələsi Qalatasaray tərəfdarlarını da iki yerə bölüb. Bəziləri Barış Alper Yılmazın yeni maaşını haqq etdiyini düşünərkən, digərləri meneceri ilə birlikdə mövsüm öncəsi böhran yaradan Barış Alper üçün ödəniləcək yeni məbləği çox hesab edərək narazılıqlarını ifadə ediblər.
Bonuslar üçün ən azı 20 matçda oynamalıdır
Yeni müqavilədə ulduz oyunçunun zəmanətli maaşı 3 milyon avro olacaq. Barış Alper ümumilikdə 20 matçda oynasa, əlavə 2 milyon avro əldə edəcək. Sədaqət bonusu 500 min avro, 20+ qol töhfəsi verərsə, əlavə 500 min avro qazanacaq.
Menecer: "Mövqeyimizi qoyduq, haqqımızı aldıq"
Barış Alper Yılmazın meneceri Tuncay Maldan verdiyi açıqlamada, "Mövqeyimizi qoyduq, haqqımızı aldıq" ifadələrini işlədib.
NEOM-un təklifi böhran yaratmışdı
Yeni müqavilədən əvvəl Barış Alper Yılmaz üçün Səudiyyə Ərəbistanı klubu NEOM FC tərəfindən ciddi transfer təklifi edilmişdi. NEOM-un oyunçu üçün təxminən 40 milyon avro transfer haqqı və illik 10 milyon avro maaş təklif etdiyi iddia edilmişdi.
Qalatasaray rəhbərliyi bu fantastik təklifə baxmayaraq transferi qəti şəkildə rədd etmişdi.
Oxucu Şərhləri
Şərh Yaz