Almaniyanın Frankfurt klubunda çıxış edən Can Uzun, mövsümə möhtəşəm bir giriş edərək hər kəsin diqqətini çəkib. Gənc oyunçu, Frankfurt forması ilə bu mövsüm 9 rəsmi matçda meydana çıxıb və 6 qol, 4 asistlə komandasına böyük töhfə verib.
Can Uzun Almaniyada heyranlıq yaradır, Türkiyədə yetərincə dəyər qazanmır?
Almaniyada parlaq bir performans göstərən Uzun, Türkiyə milli komandasında hələlik kifayət qədər şans qazanmır. Can Uzunun Türkiyə A Milli Futbol Komandasında aldığı oyun dəqiqələri Alman mətbuatının gündəminə düşüb. Bild qəzeti, Frankfurt klubunun bu məsələ ilə bağlı Türkiyə Futbol Federasiyası (TFF) ilə danışıqlar apardığını və Can Uzunu milli oyunlara göndərməməklə hədələdiyini iddia edib.
Cəmi 21 dəqiqə
Türkiyə A Milli Komandasının Dünya Çempionatı seçmə mərhələsi E qrupunda Gürcüstanla səfərdə oynadığı ilk matçın heyətində yer almayan Can Uzun, İspaniya qarşılaşmasında ehtiyat oyunçular skamyasında olsa da, oyuna daxil olmayıb. Gənc futbolçu, dünən baş tutan və 6-1 hesablı tarixi qələbə ilə başa çatan Bolqarıstan matçında isə cəmi 21 dəqiqə meydanda olub. Bu müddət Alman mətbuatının narazılığına səbəb olub.
Eintracht Frankfurt klubunun rəhbərliyinin TFF ilə görüşərək Can Uzuna daha çox şans verilməsini tələb etdiyi bildirilir. Alman klubu, tələblərin qarşılanmaması halında sərt tədbirlər görməyə hazır olduğunu və Can Uzunu bir daha milli komandaya göndərməyəcəyi ilə hədələdiyi də qeyd olunur.
Oxucu Şərhləri
Şərh Yaz