La Liqa və Seriya A oyunları xaricdə keçiriləcək – FIFA-dan sərt reaksiya
UEFA, İspaniya La Liqa təmsilçiləri olan "Vilyarreal" və "Barselona" komandaları arasında keçiriləcək oyunun və İtaliya Seriya A-sındakı "Milan" və "Komo" qarşılaşmasının ölkə xaricində oynanmasına razılıq verib. Bu qərara əsasən, "Vilyarreal"-"Barselona" matçı ABŞ-ın Mayami şəhərində, "Milan"-"Komo" oyunu isə Avstraliyanın Pert şəhərində baş tutacaq.
FIFA-nın La Liqa və Seriya A qərarlarına cavabı
Bu hadisədən sonra FİFA milli liqa oyunlarının xaricdə keçirilməsinə qadağa qoymaq üçün hüquqi addımlar atmağı planlaşdırır. Qurum bu məsələ ilə bağlı hüquq məsləhətləri alaraq, qanuni qadağa prosesinə başlayıb-başlamayacağını dəyərləndirir. Bu addım, FİFA-nın milli liqaların ölkə sərhədlərindən kənarda oynanmasına qarşı olan ənənəvi mövqeyini gücləndirir. UEFA bu qərarı FİFA-nın mövcud qaydalarına əsaslandırdığını bildirsə də, FİFA bu tətbiqə müsbət yanaşmır. Qurumun "futbolun milli tarazlıqlarını qorumaq" arqumenti ilə bu cür təşkilatların qarşısını almağa çalışdığı qeyd olunur.
Klubların qlobal marketinq strategiyaları təhlükədədir
FİFA-nın mümkün qadağası Avropa klublarının qlobal marketinq strategiyalarına birbaşa təsir göstərə bilər. Xüsusilə ABŞ və Asiya bazarlarında keçiriləcək liqa oyunları klublar üçün böyük gəlir mənbəyi deməkdir.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz