"Qalatasaray" və "Liverpul" qarşılaşması: Start fitinə sayılı saatlar qaldı
"Qalatasaray" bu axşam UEFA Çempionlar Liqasının ikinci turunda İngiltərənin "Liverpul" klubunu qəbul edəcək. RAMS Parkında baş tutacaq mübarizə Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Oyunu Fransa Futbol Federasiyasından olan hakim Kleman Turpen idarə edəcək. Ona Nikolas Danos və Benjamin Pages kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Jeremi Stinat yerinə yetirəcək.
"Liverpul"un heyəti bəlli oldu
İngiltərənin nəhəng klubu rəsmi internet saytında "Qalatasaray" matçı üçün 21 nəfərlik heyətini açıqlayıb. "Liverpul"un heyətində bu oyun üçün Alisson, Qomez, Endo, Van Deyk, Konate, Kerkez, Virc, Soboslai, İsak, Mak Allister, Salah, Bredli, Cons, Qakpo, Ekitike, Mamardaşvili, Robertson, Vudman, Frimponq, Qravenberx və Nqumoha yer alıb.
Komandada itkilər var
"Liverpul"da Trey Nyoni, Federiko Kyeza və Jeyden Danns "Qalatasaray" ilə oyunda iştirak etməyəcəklər.
Oxucu Şərhləri
Şərh Yaz