FIFA-nın Türkiyəyə etdiyi 2.5 milyon avroluq ödəniş, Türkiyə Futbol Federasiyası (TFF) tərəfindən mükafat olaraq paylanılıb. Futbolçular mükafatın bir hissəsinin işçilərə verilməsini istəyib, nəticədə 250 min avro işçilərə, qalan 2 milyon 250 min avro isə futbolçulara paylanılıb.
FIFA-dan gələn ödəniş mükafat olaraq bölüşdürüldüFIFA, milli komandalara etdiyi ödəniş çərçivəsində Türkiyəyə 2.5 milyon avro ödəyib. TFF isə bu pulun komandaya mükafat olaraq paylanılmasına qərar verib.
Futbolçulardan jest gəldiAy-ulduzlu futbolçular, özləri üçün ayrılan mükafatların bir hissəsinin işçilərə verilməsini tələb edib. Komanda kapitanlarının təşəbbüsü ilə çalışan işçilərə pay verilməsi yönündə tələb irəli sürülüb.
Bunun üzərinə TFF, ümumi 2.5 milyon avronun 250 min avrosunu işçilərə, 2 milyon 250 min avrosunu isə futbolçulara mükafat olaraq paylayıb. Bu qərar, həm federasiya daxilində, həm də futbol cameəsində rəğbətlə qarşılanıb.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz