Okan Burukdan Singo Açıqlaması
Qalatasarayın baş məşqçisi Okan Buruk, klubun "Youtube" hesabında açıqlamalar verib. Singonun zədəsi ilə bağlı danışan Buruk, "Singo"nun müalicəsinə başlanılıb, istirahət də etmədi. Müalicəsinə davam etdi. Yaxşı bir peşəkar oyunçudur. Futbolçularda bu, həqiqətən də komandasına və klubuna bağlılıq çox önəmlidir. Bir an əvvəl meydançaya dönmək üçün işləri davam edir. İzləyəcəyik. Yener müəllimin düşüncələri istiqamətində günbəgün təqib edirik. Ən azı 2 həftə də olmayacaq kimi görünür" sözlərini deyib.
"Osimheni Yola Salarkən Qorxuruq"
Okan Burukun danışmasından sitatlar: "Açığı, biz yola salarkən qorxmağa başlayırıq, sadəcə təyyarəsinin şüşəsinin qırılması deyil. Həm oyun sərtliyi, həm də zəminlərinin pis olması, hər yola saldığımızda oyunçularla bağlı qorxumuz olur. Həmişə qorxuruq əslində. Oyunu bu dəfə bitirdik, təyyarədə problem oldu. Xəbəri görəndə bir qorxduq, amma önəmli bir şey yoxdur. İkinci oyunu da oynayıb dönəcəkdir. Lemina üçün də eyni şəkildə. 75 dəqiqə oynadı o da. Bir çox oyunçumuz üçün bunu yaşayırıq."
"İlk Hədəf 4 İl Ardıcıl Çempionluqdur"
"Bu rekordları qıran Qalatasaraydır. Mən texniki adam olaraq başındayam. Oyunçularımız işin içindədir. Hər zaman rekordları qıran Qalatasaraydır. Sədr, idarə heyəti, məşqçi üzərindən fərqli şəkildə oxuya bilərik, amma əsas olan Qalatasaraydır. Qalatasarayın hədəfi rekordlar qırmaqdır. İçində yer almaq sevindiricidir. Bu il 4-cü çempionluqdur. Mən bunu daha əvvəl futbolçu olaraq yaşamışam. İlk məqsədimiz çempionluqdur. Avropadakı uğurlar çox önəmlidir. Səs salmamız önəmlidir. "Liverpul" matçında etdik, amma bu yetməz, sadəcə bir matç qazandıq, Çempionlar Liqasında bir şey qazanmadıq. Bu qələbəni dəyərli etmək üçün bundan sonrakı matçları da qazanıb xəyalımızın yolunda yeriməliyik. İlk hədəfimiz 4 il ardıcıl çempionluqdur."
"Liverpulu Məğlub Etmək Önəmli İdi"
Okan Buruk: "Liverpul, "Premyer Liqa"nı qazanmış, dünyanın ən yaxşı komandalarından biri idi. Onları məğlub etmək önəmli idi. Keçən il ən yaxşı "Tottenhem"ə qarşı oynadıq, çox daha fərqli qazana bilərdik. Ondan əvvəlki il "Mançester Yunayted" səfəri. Əslində çox dəqiq şəkildə bunları sayarkən, bir yandan da çox yaxşı komandaları, çox önəmli heyətlərə qarşı qurduğumuz üstünlüyü, bizdən daha aşağı dəyərdə və keyfiyyətdə olan komandalara qarşı da qurmalıyıq. Bunları danışarkən bir yandan bunları anlayırıq. O matçlara da eyni şəkildə fokuslanmamız lazımdır. O komandalara qarşı da bu konsentrasiyanı yaxalasak, Avropada işimiz asan olacaq. İkinci, üçüncü il Avropa macəralarımızın bitişində, rəqibləri öz səviyyəmizdə görməməmiz... Bunun üçün bir çox şey edirik. O matç günü, matç performansı çox fərqli şeylər ortaya çıxarda bilir. Tam olaraq meydança içini görə bilmirsiniz."
"Təxribat Var"
"İkardi haqqında dərhal baxırsınız, müqavilə mövzusu ortaya atılır. Sadəcə Qalatasarayı qarışdırmaq üçün, xaos yaratmaq üçün. Oktyabr ayında müqavilə danışılması qədər axmaq bir şey görmədim! Bəlli bir yerə gəldikdən sonra bu görüşmələr aparılır. Bu cür mövzularda davamlı Qalatasarayı necə qarışdırarıq deyə çalışırlar. Azarkeşlərimizin çox diqqətli olması lazımdır. Təəssüratlanmaması lazımdır. Çox böyük təxribatlar var. Osimhen üçün də görürük. Qalatasaraylılar, komandasına və oyunçularına güvənsin."
Oxucu Şərhləri
Şərh Yaz