İdman 21.10.2025

Qalatasaray matçında səs-küyə qarşı qulaq tıxaclarından istifadə olunacaq

Qalatasaray matçında səs-küyə qarşı qulaq tıxaclarından istifadə olunacaq

"Qalatasaray" – "Bodo/Qlimt" qarşılaşması öncəsi Norveç klubundan şok açıqlamalar

Qalatasaray” UEFA Çempionlar Liqasının 3-cü turunda Norveçin “Bodo/Qlimt” komandasını qəbul edəcək.

Bu vacib matç ərəfəsində Norveç təmsilçisinin təcrübəli oyunçusundan gözlənilməz bəyanatlar gəlib.

"Bu, tamamilə ağlasığmazdır"

“Bodo/Qlimt”in 27 yaşlı sol cinah müdafiəçisi Fredrik Byorkan “Qalatasaray”la qarşılaşma öncəsi həyəcanlarını bölüşüb. O, stadiondakı ab-havanı səbirsizliklə gözlədiyini və bu cür təcrübəyə hazırlaşdıqlarını bildirib.

Liverpul” matçındakı atmosferə toxunan 27 yaşlı oyunçu deyib: "Qalatasaray azarkeşlərinin Liverpulun qaldığı otelin qarşısında fişənglər atdığı videoya baxdım. Bu, tamamilə ağlasığmazdır. Əvvəllər belə bir şey başımıza gəlməyib. Qalatasaraylıların bizə də eyni şeyi edəcəyini maraqla gözləyirik. Ən azından bunun baş verə biləcəyini bilirik. Buna görə də yatarkən qulaq tıxaclarından istifadə edəcəyik. Yatmağa çalışacağıq, amma bir az çətin ola bilər. Belə bir şey yaşayanda performansınız əslində düşməməlidir. Dərhal sonra yata bilsəniz, elə bir zərəri olmaz”.

"Öyrəşdiyimizdən fərqli bir atmosfer"

Byorkan, öyrəşmədikləri bir mühitdə oynayacaqlarını da qeyd edərək əlavə edib: "Bu, futbolun maraqlı tərəflərindən biridir. Qalatasarayın stadionunda səsin nə qədər yüksək ola biləcəyini əvvəllər də eşitmişik. Düşünürəm ki, öyrəşdiyimizdən fərqli bir atmosferdə oynayacağıq. Çempionlar Liqasına çox yaxşı başladıq. Çox yaxşı mübarizə apardıq. Xüsusilə “Tottenhem”lə evdə oynadığımız matçda əla idik. Qazana bilməməyimiz bir az üzücüdür. Ancaq bütün payız ərzində çox əyləncəli matçlar oynayacağıq".

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz