Gündəm 17.10.2025

13 saatlıq iş rejimi rəsmən qanuniləşdi: Ölkədə yeni dövr

13 saatlıq iş rejimi rəsmən qanuniləşdi: Ölkədə yeni dövr

Yunanıstan Parlamenti, özəl sektor işçilərinin gündəlik iş müddətini 13 saata qaldıran qanun layihəsini bütün etirazlara baxmayaraq qəbul edib. Bu qərar ölkə daxilində böyük rezonans doğurub; həmkarlar ittifaqları küçələrə çıxaraq genişmiqyaslı etiraz aksiyaları və tətillər təşkil ediblər.

Yeni tənzimləmə ilə Yunanıstan Avropa İttifaqı (Aİ) ölkələri arasında 13 saatlıq iş gününü rəsmi olaraq tanıyan ilk dövlət oldu.

GÜNDƏLİK 13 SAATLIQ İŞ QANUNİLƏŞDİ

Qanuna əsasən, özəl sektor işçiləri ayda ən çox üç gün və il ərzində cəmi 37 iş günü ərzində 13 saata qədər çalışa biləcəklər. Zavod işçiləri, pərakəndə satış əməkdaşları, turizm və otel heyəti kimi bir çox peşə sahəsi bu yeni tənzimləmədən birbaşa təsirlənəcək. Hökumət, yasanın könüllülük prinsipinə söykəndiyini iddia edir. Buna görə, işçilər artıq işə məcbur edilməyəcək və imtina etdikləri təqdirdə işdən çıxarılmayacaqlar. Lakin həmkarlar ittifaqları bu təminatların praktikada həyata keçirilməsinin çətin olacağını vurğulayırlar.

ƏLAVƏ MESAİ HAQQI ARTIRILDI

Yeni qanunvericiliyə əsasən, əlavə mesai edən işçilərə hər saat üçün yüzdə 40 artırılmış əmək haqqı ödəniləcək. Həftəlik ümumi iş saatları isə Avropa İttifaqı standartlarına uyğun olaraq 48 saatı aşmayacaq. Həmçinin, həftədə dörd gün iş sistemi işəgötürən və işçi arasındakı qarşılıqlı razılaşmaya buraxılıb.

HƏMKARLAR İTTİFAQLARINDAN KƏSKİN TƏPKİ

Yunanıstanın həmkarlar ittifaqları, “Bu qanun işçiləri kölə vəziyyətinə salacaq, qeyri-rəsmi məşğulluğu artıracaq” şəklində açıqlama verərək qanun layihəsini sərt şəkildə pisləyiblər. Ölkədə qanun layihəsinə qarşı iki böyük ümummilli tətil təşkil edilib, minlərlə vətəndaş öz etirazını bildirmək üçün küçələrə axışıb. Mütəxəssislər, Yunanıstandakı aşağı əməkhaqqı ortalamaları səbəbindən bu tənzimləmənin işçilər üzərindəki təzyiqi daha da artıracağı fikrindədirlər.

AVROPANIN ƏN ÇOX ÇALIŞAN ÖLKƏLƏRİNDƏN BİRİ

Yunanıstanda orta həftəlik iş müddəti 40 saatdan artıqdır. Müqayisə üçün, bu göstərici Almaniyada 34, Niderlandda isə 32 saat səviyyəsindədir. Ötən il bəzi sektorlarda həftədə 6 gün iş rejiminə keçilməsi ilə ölkə Avropanın ən uzun müddətli çalışan ölkələrindən birinə çevrilmişdi. Yunan hökuməti, yeni qanunun əmək bazarında çeviklik yaradacağını, məhsuldarlığı artıracağını və yaşlanan əhali qarşısında iqtisadi sabitliyi qoruyacağını müdafiə edir. Lakin bəzi iqtisadçılar, bu tənzimləmənin gənc işçi qüvvəsinin ölkəni tərk etmə meylini sürətləndirə biləcəyi barədə xəbərdarlıq edirlər.

YENİ DÖVRÜN BAŞLANĞICI OLA BİLƏR

Yunanıstanda 13 saatlıq iş gününün qanuniləşməsi, Avropa miqyasında “çevik iş qanunları” mövzusunda müzakirələri yenidən alovlandırıb. Ekspertlərin fikrincə, bu qərar digər Avropa ölkələrində də oxşar addımların atılmasına zəmin yarada bilər. Lakin bunun Aİ-nin sosial siyasətləri ilə nə dərəcədə uyğun gəldiyi indidən ciddi mübahisə mövzusudur.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz