İdman 23.10.2025

Arda Güler heyrətini gizlədə bilmədi

Arda Güler heyrətini gizlədə bilmədi
Real Madrid-Yuventus matçı Türk derbisinə səhnə oldu

İspaniyanın paytaxtı Madriddə "Real Madrid" və İtaliyanın "Yuventus" komandaları arasında baş tutan Çempionlar Liqası matçı, meydanda iki Türk futbolçunun qarşılaşması ilə əlamətdar oldu. "Real Madrid"in heyətində Arda Güler, "Yuventus"da isə Kənan Yıldız forma geyindi.

"Kral klubu" oyunda Jude Bellinghamın vurduğu yeganə qolla 1-0 hesabıyla qalib gəldi. Matça start heyətində başlayan Arda Güler isə göstərdiyi oyunla diqqətləri cəlb etdi.

Arda Güler "Maçın oyunçusu" seçildi

Matçda 74 dəqiqə meydanda olan Arda Güler, oyun ərzindəki yüksək göstəriciləri ilə seçildi. Gənc oyunçu 7 əsas ötürmə, 97% pas dəqiqliyi, 6/6 uzun ötürmə dəqiqliyi, 100% top sürmə uğuru və 10 fərdi top qazanma kimi göstəricilərə imza atdı. Bu performansına görə Arda Güler, UEFA tərəfindən "Maçın Oyunçusu" seçildi.

Şaşkınlığını gizlədə bilmədi

Matçın oyunçusu seçildiyini öyrənən Arda Güler, bu xəbərə olduqca təəccübləndi. Gənc futbolçunun mükafatlandırılma mərasimindəki reaksiyası sosial mediada böyük marağa səbəb oldu. Həmin anlar kameralara əks olunduqdan sonra, Çempionlar Liqasının rəsmi sosial media hesabı futbolçunun təəccübünü "Arda Gülerin şaşkın, amma haqlı anı!" başlığı ilə paylaşdı. Bu paylaşım qısa zamanda yüz minlərlə bəyənmə topladı.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz