Azər Qasımlının Məhkəmə Prosesi: Siyasi Motivlər İddiası
Oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi Menecment İnstitutunun direktoru, həbsdə olan
Azər Qasımlının işi üzrə növbəti məhkəmə iclası keçirilib. Prosesdə siyasi şərhçinin dindirilməsi yekunlaşıb.
Qurbanəli Yusifovun İfadələri və Müdafiə Tərəfinin Sualları
Məhkəmə saat 17:00-a təyin olunsa da, yarım saat gec başlayıb. Bu dəfə
Azər Qasımlının vəkili Rövşanə Rəhimli zərərçəkmiş
Qurbanəli Yusifova suallar ünvanlayıb. Vəkil xatırladıb ki,
Qurbanəli Yusifov 2024-cü ildə "Facebook"da status yazaraq iddia edib ki,
Azər Qasımlı onu dövlət əleyhinə fəaliyyətə cəlb etmək istəyib. R.Rəhimli Q.Yusifovdan bu statusu niyə yazdığını soruşub.
Azər Qasımlı cavabında bildirib ki, onun həbsinə hazırlıq gedirdi və Q.Yusifov bu statusu yazmaqla hakimiyyətə siqnal ötürürdü ki, hakimiyyət də həmin siqnalı qəbul etdi. O,
Qurbanəli Yusifovun borcunu qaytarmadığı üçün Mingəçevir Şəhər Məhkəməsinə müraciət etdiyini və məhkəmənin onun xeyrinə qərar verdiyini vurğulayıb.
Borc Məsələsinin Siyasətə Daşınması İddiası
Azər Qasımlı məhkəmədə qeyd edib ki, siyasi həbslərin davam etdiyi bir vaxtda
Qurbanəli Yusifov borc məsələsini siyasiləşdirmək, status yazaraq hakimiyyət üçün onun həbsi üçün şərait yaratmaq niyyətində olub. O, özünün həbs olunacağını bildiyini, lakin bunun hansı formada təqdim ediləcəyini bilmədiyini,
Qurbanəli Yusifovun həmin statusu yazdıqdan sonra isə hər şeyin aydın olduğunu bildirib. R.Rəhimli
Qurbanəli Yusifovdan sözügedən sosial media paylaşımını niyə etdiyini bir daha soruşduqda, o, konkret heç nə deməyərək sözü uzatmağa və manipulyasiya etməyə çalışıb. Vəkilin "sualı başa düşürsünüzmü" deyə dəfələrlə təkrar etməsindən sonra,
Qurbanəli Yusifov atasının onu
Azər Qasımlının onunla prinsip apardığına inandırdığını iddia edib.
İttihamın Gecikməsi və Məhkəmə Prosesindəki Müdaxilələr
R.Rəhimli qeyd edib ki, borc məsələsi illərdir davam etsə də və Mingəçevir məhkəməsi 2024-cü ilin aprelində qərar çıxarsa da,
Qurbanəli Yusifov yalnız avqustda
Qurbanəli Yusifovun bunu niyə əvvəllər ictimailəşdirmədiyini soruşduqda, o, əvvəl ictimailəşdirməyə imkanı olmadığını iddia edərək məntiqsiz bir cavab verib. Proses zamanı həm hakim, həm də dövlət ittihamçısının tez-tez vəkilin və
Azər Qasımlının çıxışlarına müdaxilə edərək onları işin mahiyyəti barədə danışmağa çağırması müşahidə edilib.
Azər Qasımlının Siyasi Həbs İddiasına Dair Sübutları
Məhkəmə
prosesində hakim
Azər Qasımlıya həbsinin siyasi olduğunu yalnız ehtimallar əsasında dediyini, sübutu olmadığını irad tutub.
Azər Qasımlı isə cavabında əlində iki sübut olduğunu bildirib: Birincisi, ittiham tərəfinin sübutu olmadığı halda onun aylardır həbsdə olması. O, ittiham tərəfinin onun təqsirinin nə olduğunu və buna görə niyə həbsdə olmalı olduğunu sübut etməli olduğunu qeyd edib. İkincisi, 2024-cü ilin avqustunda
Qurbanəli Yusifov iddianı qaldırandan sonra Mingəçevir polisinin sübut yoxluğunu görüb işə baxmaması, lakin nədənsə, həmin ilin dekabrında Yasamal polisində eyni iddia üzrə bu işin açılması.
Azər Qasımlı bunun səbəbini həbsi ilə bağlı siyasi tapşırığın məhz o vaxt verilməsi ilə əlaqələndirib.
Xatırladaq ki,
Azər Qasımlı ötən ilin dekabrından həbsdədir və Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsi (hədə-qorxu ilə tələb etmə, zor tətbiqi ilə törədildikdə) ilə ittiham olunur.
24 saat
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz