İdman 15.10.2025

Kocaeli Stadionunda möhtəşəm şou yaşandı

Kocaeli Stadionunda möhtəşəm şou yaşandı

Dünya Kuboku seçmə mərhələsində maraqlı anlar

2026 Dünya Kuboku seçmə mərhələsi çərçivəsində E qrupunda TürkiyəGürcüstan yığma komandaları qarşı-qarşıya gəlib.

Kocaeli stadionunda möhtəşəm koreografi

Oyundan əvvəl Kocaeli stadionunun tribunalarında nümayiş etdirilən koreografi sosial mediada böyük marağa səbəb olub. Stadionun ekranla üzbəüz olan tribunasında "Türk öndə, Türk irəli" şüarı yazılmış bannerlə yanaşı, Türkiyə Qadın Milli Voleybol Komandasının kapitanı Eda Erdem, Türkiyə Milli Futbol Komandasının kapitanı Hakan Çalhanoğlu və Türkiyə Milli Basketbol Komandasının kapitanı Cedi Osmanın təsvirləri əks olunub.

Bayraqlarla bəzədilmiş stadionda yüksək əhval-ruhiyyə

Tribunalara paylanmış Türkiyə bayraqları koreografi ilə birlikdə stadiona xüsusi bir ab-hava qatıb. Kocaeli stadionu bu mənzərələrlə möhtəşəm bir atmosferə bürünüb.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz