İdman 15.10.2025

Türkiyə ilk iki yerə iddialıdı

Türkiyə ilk iki yerə iddialıdı
A Milli Futbol Komandası Dünya Çempionatına gedir?

Milli komanda qrupda üstünlüyü ələ aldı

Türkiyə milli futbol komandası 2026 FİFA Dünya Çempionatının Avropa seçmə mərhələsi E qrupunun dördüncü oyununda Kocaelidə Gürcüstanı 4-1 hesabı ilə məğlub edərək qrupu ilk iki yerdə bitirmək üçün böyük şans qazanıb.

Qrupdakı 4-cü oyununda 3-cü qələbəsini qazanan Türkiyənin xal sayı 9-a yüksəlib, Gürcüstan isə 3 xalla kifayətlənib. Qrupun digər oyununda İspaniya Bolqarıstanı 4-0 hesabı ilə məğlub edərək 12 xalla liderliyini davam etdirir. Sonuncu yerdə olan Bolqarıstanın isə xalı yoxdur.

Milli komanda qrupdakı son iki oyununu 15 noyabrda Bursada Bolqarıstana qarşı, 18 noyabrda isə Sevilyada İspaniyaya qarşı keçirəcək. Noyabr ayında başa çatacaq Avropa seçmə mərhələsində qruplarında lider olan 12 komanda birbaşa Dünya Çempionatına vəsiqə qazanacaq. Son 4 vəsiqə üçün isə 12 qrup ikincisi və UEFA Millətlər Liqasından gələcək 4 komanda olmaqla ümumilikdə 16 komanda mübarizə aparacaq. Play-off oyunları 2026-cı ilin mart ayında oynanılacaq.

Milli komandaya böyük dəstək

Kocaelidə tribunaları dolduran azarkeşlər 90 dəqiqə ərzində ay-ulduzlu komandaya böyük dəstək veriblər.

Kocaeli stadionunda 27 min 974 biletli tamaşaçı qarşılaşmanı izləyib.

Merih Demiraldan vətənində iki qol

Milli komandanın müdafiəçilərindən olan Merih Demiral vətəni Kocaelidə oynanılan Gürcüstan matçında 2 dəfə fərqlənib.

A Milli Komandanın Kocaelidə oynadığı ilk rəsmi matçda Merih, 22 və 52-ci dəqiqələrdə qazanılan künc zərbələrində başla zərbələr endirərək topu qapıdan keçirib.

Merih milli komandada keçirdiyi 59-cu oyunda qol sayını 6-ya yüksəldib.

Ay-ulduzlu komandanın ilk qolunu vuran Kenan Yıldız 25-ci oyununda 5-ci, Yunus Akgün isə 17-ci oyununda 3-cü dəfə fərqlənib.

Gürcüstana qarşı 8-ci oyunda 6-cı qələbə

A Milli Futbol Komandası Gürcüstanla oynadığı 8-ci oyunda 6-cı qələbəsini qazanıb. Milli komanda rəqibinə 1 dəfə uduzub, 1 oyun isə heç-heçə başa çatıb.

Oyunlarda Türkiyə 22 qol vurub, Gürcüstan isə 9 dəfə fərqlənib.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz