Yamalın durumu "Barselona"da gərginləşir

İspaniyada Lamine Yamal ətrafında yeni qalmaqal
Gənc yaşda olmasına baxmayaraq, son illərdə göstərdiyi yüksək performansla diqqət çəkən və bir çox futbol eksperləri tərəfindən dünyanın ən yaxşı futbolçuları sırasında göstərilən əslən Mərakeşli olan İspaniya ulduzu Lamine Yamal, İspaniyada yeni bir böhrana səbəb olub.
## Ailəsinin tələbləri Lamine Yamalı gündəmə gətirib
İstedadı və uğurlu oyunları ilə yanaşı, həyat tərzi və qarışdığı qalmaqallarla da İspaniyada gündəmə gələn Yamalın ailəsi, "Barselona" klubunda narazılığa yol açıb.
"Barselona" klubu Yamalı komandada saxlamaq və motivasiya etmək üçün indiyədək ailəsinin xüsusi təyyarə, şəxsi xidmətçilər kimi bir çox istəyini yerinə yetirib. Lakin Yamalın atası Munir Nasrauinin son istəyi yeni mübahisələrə səbəb olub.
## Atasının "Ballon d'Or" istəyi soyunma otağında narazılıq yaratdı
İspaniya mətbuatında yer alan xəbərlərə görə, ata Nasraui bir neçə ay əvvəl kluba gedərək Raphinha əvəzinə oğlunun "Ballon d'Or" mükafatını qazanması üçün təbliğat aparılmasını istəyib və bu tələb qəbul edilib.
"Barselona"nın son aylarda Yamal üzərindən apardığı təbliğat işlərinə baxmayaraq, mükafatı PSJ-nin fransız ulduzu Ousmane Dembele qazanıb. Başda Raphinha olmaqla "Barselona"nın soyunma otağındakı bəzi oyunçuların Yamalın ailəsinin istəklərindən narahat olduğu iddia edilib.
Oxucu Şərhləri
Şərh Yaz