Bir səyyah
Arenal Milli Parkı ərazisində avtomobilinin içinə girərək ətrafı eşələyən bir heyvanın videosunu yayımlayıb. Kadrlarda heyvan bir müddət oturacaqlar arasında gəzir, sonra açıq qapıdan çölə çıxır.
Həmin səyyah videonu sosial şəbəkələrdə paylaşaraq "Bu heyvanın nə olduğunu bilən varmı?" sualını ünvanlayıb. Qısa zamanda milyonlarla dəfə izlənən videoya gələn şərhlərdə bir çox istifadəçi bunun "pizote" olaraq tanınan ağburun
koati olduğunu yazıb. Rakun fəsiləsindən olan bu növ,
vəhşi təbiətdə Orta Amerika və Meksikaya xasdır.
TƏK BAŞINA DAHA TƏHLÜKƏLİ OLA BİLƏRLƏR
Mütəxəssislər,
koatilərin adətən qruplar halında yaşadığını, lakin tək gəzənlərin daha təhlükəli və aqressiv ola biləcəyini vurğulayırlar. Görüntülərdəki heyvan təhlükə altında görünməsə də, səlahiyyətlilər vəhşi heyvanlara yaxınlaşmamaq barədə xəbərdarlıq edirlər.
Digər tərəfdən, bəzi istifadəçilər bölgədəki bu heyvanların insanlardan yemək gözləməyə vərdiş etdiyini xatırladaraq bunun təhlükəli bir vərdiş olduğunu qeyd ediblər: "İnsanlar onları bəsləməməlidir, lakin təəssüf ki, hələ də edənlər var. Maşını dayandırdığınız zaman dərhal yanınıza gəlirlər." Bu kimi vəhşi heyvanların insanlara yaxınlaşması, həm özləri, həm də insanlar üçün təhlükə yaradır və parkın təbii nizamını pozur.
24 saat
Oxucu Şərhləri
Şərh Yaz