Formula 1 yarışlarının əfsanəvi pilotu Mixael Şumaxerin ailəsinin başına gələn xoşagəlməz hadisə gündəmə bomba kimi düşüb. 2013-cü ilin dekabr ayında baş verən xizək qəzasından sonra travmatik beyin zədəsi alan və uzun müddətdir müalicə altında olan pilotun İsveçrənin Qland şəhərindəki iqamətgahında dəhşətli bir hadisə yaşanıb.
Hadisə necə baş verib?
İddialara görə, avstraliyalı bir Formula 1 pilotu Şumaxerin tibb bacılarından birinə təcavüz edib. Bu ittihamlar 2019-cu ildə baş vermiş hadisə ilə əlaqədardır və bu həftə keçiriləcək məhkəmə prosesi ərəfəsində yenidən gündəmə gəlib. Prokurorluğun bildirdiyinə görə, adı açıqlanmayan yarışçı Şumaxer ailəsinin malikanəsində qaldığı gecə həmin tibb bacısı ilə yuxarı mərtəbədə cinsi təcavüz əməli törədib. Bildirilir ki, həmin tibb bacısı kokteyldən sonra həddindən artıq alkoqol qəbul etdiyi üçün özündə olmayıb.
Pilot ittihamları rədd edir
The Sun qəzetinin məlumatına görə, tibb bacısı huşsuz vəziyyətdə olarkən bu əməlin baş verdiyi iddia edilir. Həmin pilotun Şumaxerin oğlu Mik Şumaxer ilə yaxın dost olduğu da qeyd olunur. Məhkəmə sənədlərində adı keçən müttəhim, əvvəllər tibb bacısı ilə bir dəfə öpüşdüyünü və hərəkətlərinin qarşılıqlı razılığa əsaslandığını iddia edib. Lakin tibb bacısı bu iddianı rədd edir.
Şumaxer ailəsi məsələdən kənarda qaldı
Hadisənin tarixi 23 noyabr 2019-cu il kimi göstərilir. Şikayət isə 2022-ci ildə verilib. Şumaxer ailəsi hadisə ilə birbaşa əlaqəli olmadığını açıqlayıb. Cinsi təcavüz ittihamı ilə bağlı məhkəmə prosesinin detalları yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz