Gündəm 15.10.2025

Təhsil İdarəsindən 95 min manatlıq supulu tələbi

Təhsil İdarəsindən 95 min manatlıq supulu tələbi

İŞBSTX və Bakı şəhəri üzrə Təhsil İdarəsi arasında su borcu mübahisəsi

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti (İŞBSTX) iddia edir ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 95 min manatdan çox su təchizatı borcu var və qurum bu vəsaiti illərdir ödəməyib. Öz növbəsində, Bakı şəhəri üzrə Təhsil İdarəsi bu iddiaları təkzib edərək, İŞBSTX-nin sələfi olan "Azərsu" tərəfindən onlara əsassız borcun yazıldığını bildirir. İdarə istifadə etmədiyi su və kanalizasiya xidmətlərinə görə onlardan külli miqdarda pul tələb olunduğunu vurğulayır.

Borcun əsassızlığı iddiaları və Təhsil İdarəsinin arqumentləri

Bakı şəhəri üzrə Təhsil İdarəsinə 95 min 49 manat məbləğində borcun ödənilməsi barədə xəbərdarlıq məktubu göndərildikdən sonra, idarə bu məbləği ödəməkdən imtina edərək İŞBSTX-ni məhkəməyə verib. İddia ərizəsində borcun əsassız hesablandığı qeyd olunur. Buna səbəb kimi isə xəbərdarlıq məktubunda göstərilən su sərfiyyatının hansı əsasla, hansı həcmdə hesablandığı, habelə hansı dövrü əhatə etdiyi barədə məlumatın verilməməsi göstərilir. İdarə rəsmiləri bəyan edir ki, indiyə qədər su sərfiyyatı və kanalizasiya xidmətləri ilə bağlı ödənişləri müntəzəm olaraq yerinə yetiriblər. Sudan istifadə və tullantı suyunun hər kubmetri üçün 1 manat istifadə haqqı olduğunu nəzərə alsaq, 48 min 329 kubmetr su sərfiyyatının hansı qaydada hesablanması və hansı müddətdə istifadəni əhatə etməsi aydınlaşdırılmamış qalır. Nəsimi rayon Su-Kanal İdarəsindən verilən elektron qaimələrə əsasən, ay ərzində su sərfiyyatı heç vaxt 300 kubmetri keçməyib.

İŞBSTX-nin borcun əsaslılığına dair mövqeyi

Öz növbəsində, İŞBSTX iddia edir ki, göstərilən məbləğ əsaslıdır və bu borc 1998-ci ilədək olan dövrə aiddir. İŞBSTX-nin nümayəndəsi məhkəmədə çıxışı zamanı bildirib ki, tərəflər arasında 2018-ci ildə uzlaşma aktı imzalanıb və Bakı şəhəri üzrə Təhsil İdarəsi bu aktla borcu təsdiqləyib. Borcun əsaslı olduğunu və sayğac göstəriciləri əsasında hesablandığını vurğulayıb.

Məhkəmə qərarı: Borc ləğv edildi

Tərəflər arasında yaranan bu mübahisəyə Bakı Kommersiya Məhkəməsində baxılıb. Məhkəmə Bakı şəhəri üzrə Təhsil İdarəsinə yazılmış 95 min 46 manatlıq borcun əsassız olduğu qənaətinə gələrək ləğv edilməsi barədə qərar çıxarıb. Bu qərardan narazı qalan İŞBSTX apellyasiya şikayəti ilə müraciət etsə də, məhkəmə qərarı dəyişməz qalıb. Məhkəmə qərarında vurğulanıb ki, göstərilən rəqəmin həqiqətən də su təchizatı və kanalizasiya xidmətlərinə görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və işdəki sənədlərin sözügedən borcun əsaslılığına ciddi şübhə yaratdığı qeyd olunur.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz